İsraildən Qəzzaya gecə boyu bombardman!

Tarix: 17:20 07.04.2025
İsrail qüvvələrinin Qəzza zolağının cənubunda Nasser xəstəxanasının qarşısında qurulan çadırlara gecə saatlarında hücumu nəticəsində biri jurnalist olmaqla 2 nəfər həyatını itirib, bölgədə ayrı-ayrı hava hücumlarında ən az 15 nəfər daha həyatını itirib.
İsrail gecə boyu Qəzza zolağına hücumlarını davam etdirib. İsrail qüvvələri yerli vaxtla saat 02:00 radələrində bölgənin cənubundakı Nasser xəstəxanasının qarşısında qurulan çadırları hədəfə alaraq, aralarında fələstinli müxbir Yusif əl-Fəqavi də daxil olmaqla 2 nəfəri öldürüb. Hücum zamanı 6-sı jurnalist olmaqla 9 nəfər yaralanıb. İsrail ordusunun gecə saatlarında bölgədə həyata keçirdiyi ayrı-ayrı hücumlarda 15 nəfər həyatını itirib.
Son 24 saatda Qəzzada 56 insan ölüb
Fələstin Səhiyyə Nazirliyi, Qəzza zolağında son 24 saatda həyata keçirilən hücumlarda 56 nəfərin həyatını itirdiyini, 137 nəfərin yaralandığını, əvvəlki hücumlarda dağıntılar altında qalan 1 nəfərin cəsədinin tapıldığını bildirib. Nazirlik atəşkəs razılaşmasının sona çatdığı 18 mart 2025-ci ildən bu yana 1391 fələstinlinin öldüyünü, 3434 fələstinlinin isə yaralandığını açıqlayıb.
Mənbə: a haber
Nərmin Həşimova