Sumqayıtda iş qəzası baş verib
Bölmə: Hadisə › ,Tarix: 15:15 25.11.2015
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal eden sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.
İnformator FHN-ə istinadən xəbər verir ki, fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil verib.
Əməliyyat saat 13:30- da başa çatıb.