“Günəşli“ yatağında yaralananlar barədə məlumat
Bölmə: Hadisə › ,Tarix: 23:00 05.12.2015
Mərkəzi Neftçilər Xəstəxanasına 30 yaralı gətirilib.
Bu barədə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 20-i ambulator, 6-sı isə stasionar müalicəyə götürülüb.
N.Mehdiyev bildirdi ki, yaralılardan bəziləri kəllə-beyin travması alıb.
Həkimin sözlərinə görə, 6 nəfər əməliyyat olunacaq. Onlardan artıq biri əməliyyat masasındadır.
6 yaralı aşağıdakılardır:
1. Mərdan Rəcəbov
2. Allahverdi Məmmədov
3. Rəşid Hüseynov
4. Mais Abbasov
5. Məlahət Əliyeva
6. Ləman Orucova
Daha bir yaralı Bəxtiyar ələkbərov isə Respublika Yanıq Mərkəzinə aparılıb.