Bakıda Uşaqlar Evinin Fəaliyyəti və Uşaqların Gələcəyi Üçün Rolu

Tarix: 22:50 16.04.2025
Bakıda yerləşən uşaqlar evi – valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən və onların inkişafına dəstək olan mühüm bir sosial müəssisədir.
Mövzu ilə bağlı Mehriban Zeynalova "İnformator.az"a açıqlamasında bildirib ki,uşaqların inkişaf etməsi üçün oyunlar, təlimlər,məşğələlər,tədbirlər keçirilir.Eyni zamanda,təhsil məsələsinə də çox önəm verilir:
"Bizim sığınacağımızın əsas vəzifəsi təhsil məsələsidir . Uşaqların heç biri təhsildən kənarda qalmırlar.İlin hansı vaxtından asılı olmayaraq Hüquq Mühafizə orqanları və Sosial Xidmətlər Agentliyi tərəfindən yerləşdirilirlər. Uşaqların Sosial Xidmətlər Agentliyi tərəfindən təqdimatı olmayınca,alt sistemə salınmayınca onu biz götürə bilmirik.İxtiyarımız yoxdur.Çünki nəzarət mexanizmi və yerləşdirmə Sosial Xidmətlər Agentliyinə daxildir. Uşaqlar yerləşdirildikdən sonra mütləq şəkildə Agentlik tərəfindən vəziyyətin qiymətləndirilməsi aparılır və onunla bağlı birlikdə iş gedir. Və bu işin birinci mərhələsi odur ki,uşağın tibbi müanədən keçməsi , ilkin qiymətləndirilməsi aparılması,onun psixoloqla danışması ,eyni zamanda təhsilə bərpasıdır.Məsələn, bizim sığınacaqdan 30-a yaxın uşaq məktəbə gedir.Həmin uşaqlar eyni məktəbə nəqliyyat vasitəsilə aparılır və gətirilir. Həm yol təhlükəsizliyi,həm də kənar təhlükəsizliyi ilə bağlı uşaqların tədris müəssəsinə aparılması və gətirilməsi, onların təhsilə nəzarət mexanizmi var. O cümlədən,uşaqların məktəbdən geri qayıtmasından sonra onların təhsili ilə məşğul olan pedaqoqumuz var və əlavə könüllülərimiz var . Məsələn, şənbə günləri ingilis dili müəllimi,bu yaxınlarda riyaziyyat müəllimi könüllü olaraq bizə dəstəyə gəlirlər. İnkişaf proqramları hər həftə uşaqlar müxtəlif peşələr üzrə kurslara gedirlər və bu artıq 2 ildir ki davam edir.Burada da Sosial Xidmətlər Agentliliyin, Dost Xidmətinin avtobusu gəlir və aparır, eyni zamanda,orada da təhlükəsizlik tədbirləri görülür.Uşaqlar kurslarda müxtəlif peşələri öyrənirlər və yaxşı əl işləri də vardır.Bundan əlavə,müxtəlif könüllülər olur ki,biz mürəciət edirik. Başqa təşkilatlarda olanlar təlimlər,inkişaf tədbirləri keçirirlər və bu da uşaqların inkişafına kömək eliyir. Ekologiya ilə,uşaq hüquqları ilə,əl işləri ilə,rəqəmsallıq ilə bağlı müxtəlif dərslər,təlimlər keçirilir.Demək istəyirəm ki , sığınacaq olaraq müxtəlif təşkilatlara müraciət eləyirik və könüllülər də bu işlərə dəstək verə bilər.Mütləq şəkildə uşaqlar üçün fərdi plan hazırlanır və həmin plan üzrə, eləcə də, yaşa uyğun müxtəlif kurslarda iştirak eləyirlər.
Təbii ki , psixoloji dəstək davamlıdır. Mütəmadi olaraq həyata keçirilir . Burada uşaqların dəyişmə dinamikası, davranışların dəyişməsi,o cümlədən,uşağa psixoloji və sosial adaptasiyası üçün də yardımlar edilir.Məsələn, müxtəlif oyunlar və məşğələlər təşkil eləyə bilirik.Bu da mütləq şəkildə baş verir.Yəni,sığınacağa gəldikdə sadəcə geyinmək-yatmaq deyildə,uşaqların inkişafı ilə bağlı da onlara kömək edirik. Məsələn,bizdə belə bir praktika var ki, biraz böyük uşaqları hazırlaşdırırıq və onlar da kiçik uşaqları himayəyə götürürlər.Onlar balaca uşaqlara dərslərində,davranış məsələsində dəstək olurlar və məşğələlərini keçirlər.Amma həmin uşaqlar mütləq olaraq əvvəlcədən hazırlanırlar.Tam hazır olan uşaqlar yeni gələn uşaqlar ilə işi qurmağı bacarırlar".
Ekspert cəmiyyətin bu uşaqlar üçün edə biləcəyi yardımlardan da söz açıb:
"Əgər uşaq 18 yaşına qədər sığınacaqda qalırsa və Sosial Xidmətlər Agentliyi həmin uşaqları öz himayəsinə götürür. Yəni, qəyyumlar artıq Sosial Xidmətlər Agentliyi kimi qəbul olunur.Amma biz 18 yaşına qədər həmin uşağın inkişafı,təhsili, davranışı,onun cəmiyyətə hazırlığı məsələləri ilə məşğul oluruq.Bəziləri var ki, təhsil ilə bağlı yaxşı nəticə toplayıblar.Hazırda bir çox uşaq universitetlər də,peşə məktəblərin də oxuyur.Yaxşı nümayəndələrimiz vardır və biz hər zaman bu nümayəndələri işıqlandırırıq, bu barədə məlumatlandırırıq . Hazırda 3 uşaq,hətta, xaricdə təhsilə hazırlaşır və bu məsələdə Leyla xanım Əliyeva bir təşkilata müraciət eləyib.Həmin təşkilat bu günə qədər o işlərlə məşğuldur . Gələn il həmin uşaqların imtahanları olacaq və biz ümid edirik ki,o uşaqların arzuları reallaşacaq.
Yəni,əlimizdən gələn nədirsə, onu etməliyik. Sığınacaqda olan uşaqlar ilə tanışdıqda təlim-tərbiyə və davranış məsələlərinə, ətrafdakıları ilə münasibətinə,gender bərabərliyinə, zorakılığa münasibət məsələsinə necə diqqət etdiyimizi görəcəksiniz.Yararlı bir vətəndaş yetişdirmək üçün əlimizdən gələn qədəri ilə yanlarında olmağa və töhfə verməyə çalışırıq".
Nəzrin Məmmədova