Donald Tramp üzərində “Epstein şübhəsi” təzyiqi artır

Bölmə: Dünya › ,
Tarix: 22:26 16.07.2025

 

Donald Tramp həbsxanada intihar edən Jeffrey Epstein ilə bağlı sənədlər mövzusunda yaxın tərəfdarlarının təzyiqi altındadır. Tramp bu məsələ ilə bağlı Ədliyyə naziri Pam Bondi-ni müdafiə etməyə davam edir.

Fikir mübadiləsi ABŞ Ədliyyə Nazirliyinin verdiyi açıqlamayla başlayıb. Lakin 7 iyul tarixli hesabat Epstein məsələsini bağlamaq əvəzinə onu daha da gündəmə gətirib. “MAGA” siyasi hərəkatına aid tanınmış bir çox şəxs, nüfuzlu şəxsləri və ya kəşfiyyat qurumlarını qorumaq məqsədilə bəzi detalların gizlədildiyini iddia edir. Bu məsələ ilə bağlı sualların ünvanlandığı Tramp Pam Bondi-ni müdafiə etdikdən sonra nazirə “etibarlı hesab etdiyi” hər şeyi ictimailəşdirməyə çağırış edib. Sənədlərdə öz adının olub-olmadığı sualına isə “Xeyr, xeyr” cavabını verib.
Tramp deyib: “Yalnız həqiqətən pis insanlar və saxta xəbərlərlə məşğul olanlar bu mövzunun gündəmdə qalmasını istəyir”.
O, ard-arda verdiyi açıqlamalarla öz seçici bazasına Epstein istintaqına son qoyulması üçün çağırış edir.

BBC NEWS
Səmayə Səftərova