Tramp: ABŞ Ukraynada əbədi sülh istəyir

Tarix: 22:29 16.07.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynada daimi sülhə çalışır.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət öz açıqlamasında bildirib ki, Trampın açıqladığı bu fikirlər əlbəttə ki, növbəti dəfə Rusiya vasitəsilə qılınc qalxanla qarşılanıb:
"Rusiya yenə də oyunpozanlıq edir, xoşməramlı çağırışı qəbul etmir. Yəni faktiki olaraq indiki mərhələdə sülh prosesini əngəlləyən tərəf Rusiyadır. Bu birmənalıdır. Əslinə qalanda əvvəlki mərhələlərdə də Rusiya idi. O tərəfdən də Donald Tramp elan edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımları davam etdirəcək, özü də daha iri həcmdə daha təsiredici gücüdə, ona görə Rusiya bu şansdan istifadə etməlidir".
O həmçinin bildirib ki, Razılaşmanın qarşısını alan əsas məsələ odur ki, Rusiya işğal altında saxladığı torpaqların Kiyev vasitəsilə Rusiya ərazisi kimi tanınmasını tələb edir:
"Hələ üstəlik Rusiya işğal edə bilmədiyi, lakin işğal etmək niyyətində olduğu bəzi torpaqların da Ukraynanın qeyd şərtsiz könüllü şəkildə verməsini tələb edir. Əlbəttə ki, bu, məqbul bir tələb deyil və Ukraynada o tələbə heç vaxt boyun əyən deyil. Yəni bu sülhün baş tutmamasının səbəbkarı Rusiyadır. Ukraynanın heç bir problemi yoxdur. Ukrayna sadəcə olaraq atəşkəsə gedilməsini istəyir və özü də qeyri- şərtsiz, Rusiya isə atəşkəsə istəmir. Ukraynadan ilkin şərt olaraq o torpaqların Rusiya ərazisi kimi tələb edir. Ona görə də müharibə bitmir. Yaxın vaxtlarda bitəcəyi gözlənilmir".
Ayşən Səlimova