ABŞ İsrailin İrana olan mövqeyini dəstəkləyib

Bölmə: Siyasət › ,
Tarix: 18:49 18.04.2025

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə planlaşdırsa da, ABŞ Prezidenti Tramp bunu dəstəkləmədiyi üçün plan ləğv edilib. “The New York Times” yazır ki, İsrail ABŞ-nin dəstəyinə və qorumasına güvənirdi. Hücum Tehranın nüvə proqramını ən azı bir il ləngitmək məqsədi daşıyırdı. Tramp isə diplomatik həll yolunu seçərək, apreldə Netanyahuya ABŞ-nin belə əməliyyatı dəstəkləməyəcəyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin İranın nüvə obyektlərinə zərbə vurmağı yenilik deyil :

 

"İsrail uzun illərdi bu istiqamətdə məqsəd yönlü şəkildə çalışır. Dünya ictimaiyyəti əhəmiyyətli dərəcədə hazırlanıb. Artıq dünyada ictimai rəy belə formalaşıb ki, İran nüvə dövləti olsa, dünya üçün təhlükə yaradar. Eyni zamanda orta və yaxın Şərq üçündə ciddi problemlər yarada bilər. Hətta nüvə silahı olmadan belə İran bölgədə çox ciddi bir tədirginlik və qeyri-sabitliyə səbəb olan bir gerçəklik yaradıb. Yəni nüvə silahı olarsa, İran dünya üçün təhlükəyə çevriləcək. Ona görə də İrana qarşı hücumu dünya ictimaiyyəti sükutla qarşılayacaq. Düzdür, İranı dəstəkləyən ölkələrdə olacaq. Trampın diplomatik həll yolu seçməsi, özüdə əslində nisbidir. Çünki, Tramp hələ iki ay vaxt veribdir. Bu iki ayın sonunda ola bilər, hərbi hücum məsələsini reallaşdırsın. Onsuz da ABŞ bu istiqamətdə xeyli hazırlıqlar görüb. Artıq İrana yaxın ərazilərdə ABŞ böyük hərb qüvvələrini cəmləşdirib və ümumiyyətlə bunlar hücumla əlaqədardır. Lakin hesab etsək ki, bu diplomatik həll yolu qüvvədə olacaq. O zaman, təbii ki, İsrail narazı qalacaq".

 

O həmçinin açıqlamasında bildirib ki, amma İsrail bütün hallarda bu məsələlərin necə həll edilməsindən aslı olmayaraq Amerikadan ciddi şəkildə aslıdır:

 

"Onun üçün də Amerikaya qarşı ciddi bir şey etməyəcəkdir. Ola bilər narazı qalsın və gələn seçkilərdə başqa namizədi dəstəkləsin. Hər halda Amerikada bu gün yahudi lobisinin böyük gücü var. İsrail, təbii ki, çalışacaq ki, qarşıdakı seçkilərdə administrasiyaya təsir etsin. Bütün hallarda İran İsrailin hədəfindədir. Amerikasız İsrail zəifdir. İranın, əlbəttə, nüvə proqramları ilə yanaşı digər proqramlarıda var. Yəni kifayət qədər inkişaf etmiş raketlərinə qədər var. Ona görə də bir hücum olarsa, yəqin ki İran da qarşı tədbir olaraq ABŞ-nin hərbi obyektlərini, eyni zamanda İsraili ümumiyyətlə ABŞ-nin hərbi bazalarını hədəfə ala bilər. Mümkündür ki, region ölkələr üçün müəyyən təhdidlər yaratmaq təşəbbüsündə olsun. Hər halda bütün hallarda bu məsələ hələ tam həllinə çatmayıb. Yəni İranın vurulması və yaxud da məsələlərin İran qarşısına qoyulan tələblərin diplomatik danışıqlarla həll edilməsi məsələsi açıqdır".


Ayşən Səlimova