Dünya bazarında qızıl bahalaşır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:05 18.04.2025

Qızıl fyuçersi tarixi maksimumu yeniləyərək 3350 dollara çatıb.

Mövzu ilə bağlı iqtisadi ekspert Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna arasında baş verən müharibə dünyada iqtisadi tarazlığı pozub:

 

"Müharibənin təsir etdiyi sahələrdən biri də qızıl sənayesidir. Bildiyimiz kimi, iqtisadiyyatı tələb və təklif formalaşdırır. Qədim zamanlardan insanlar öz mülklərini daha etibarlı valyuta və yaxud da qiymətli metallarda saxlamağı düşünürdü. Nəinki, insanlar dövlətlər də, müəyyən şirkətlər də bu üsuldan istifadə edirlər. Belə olduğu halda, dünya iqtisadiyyatında kataklizmalar baş verən zaman insanlar sərvətlərini qızıl vasitəsi ilə saxlayırlar. Müharibə ilə əlaqədər 2022-ci ilin əvvəlindən etibarən qızılın bahalaşması tendensiyası davam edir. Düşünürəm ki, qızılın 1 unsiyası 3800 dollara qədər artacaq. Qızıl bahalaşması təbii ki, Azərbaycana təsirsiz ötüşməyəcək. Düzdür, Azərbaycan da qızıl qiymətlərini tənzimlənməsini həyata keçirən qurum Mərkəzi Bankdır. Amma müəyyən qərarların alınması xarici faktorlardan çox asılıdır".

 

Billurə Quliyeva