AERA: Elektrik şəbəkəsinin dayanıqlığı prioritet məsələyə çevrilir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:58 04.06.2025

Azərbaycanda elektrik enerjisinə tələbat artdıqca, istehsal və ötürmə sistemlərinin (şəbəkəsinin) transformasiyası və dayanıqlılığı prioritet məsələyə çevrilir.

 

“İnformator.az” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda elektrik enerjisi üzrə generasiya gücü 8 QVt-dan çoxdur. Bu güc əsasən ənənəvi istilik qazla çalışan istilik stansiyalardan ibarətdir. 

 

Lakin yaxın illərdə ərzində generasiya gücünün 30%-dən çoxu bərpa olunan enerji mənbələri hesabına təmin olunacaq.

Samir Axundov bildirib ki, ölkənin bərpa olunan potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir.

Samir Axundov onu da əlavə edib ki, 2027-ci ilə qədər Azərbaycanda 2 QVt-lıq bərpa olunan enerji şəbəkəyə inteqrasiya ediləcək.