Azərbaycanda çay istehsalı 15%-dən çox azalıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:06 22.04.2025

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 min 458,8 ton çay istehsal edilib.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

 

Məsələ ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, çay may ayında yığıldığına görə yanvar-mart aylarındakı çay istehsalındakı azalma hava şəraitindən asılı deyil:

 

“Ümumiyyətlə, Azərbaycanda çayın istehsalı may ayında başlayır. Emaldan keçərək istifadəyə hazır hala gələn çayın istehsalındakı azalma xaricdən gətirilən çaylardan asılıdır. Xammal kimi çay, təbii ki, Azərbaycana Asiya ölkələrindən gətirilir. Azərbaycanda çayçılıq sahəsində son 5 ildə islahatlar aparılıb. Çay sektoru ölkə iqtisadiyyatında rentabelli olmayan sahələrdən biridir. Belə ki, biz çayı daha keyfiyyətli formada idxal edə bilirik. İqlim şəraiti Asiya ölkələri ilə müqayisə oluna bilməz. Orada çay ilboyu  becərilir, Azərbaycanda isə yalnız may-sentyabr ayları arasında. Bu da o deməkdir ki, biz il ərzində çaya böyük xərclər çəkirik, lakin az məhsul əldə edirik.

Bu məsələnin kökündə isə Mərkəzi Bankın siyasəti dayanır. Azərbaycanda qeyri-neft sektorunda istehsal rentabelli olmur və xarici idxalla rəqabətə davam gətirə bilmir".

 

Çimnaz Telmanqızı