Tramp Çinə tarifləri azaldacaq

Tarix: 21:04 23.04.2025
ABŞ-Çin iqtisadi münasibətləri uzun müddətdir ki, qarşılıqlı tariflər və ticarət gərginliyi ilə müşayiət olunur.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, tariflərin azaldılması, sözsüz ki, həm Amerika iqtisadiyyatına, həm də Çin iqtisadiyyatına müsbət təsir göstərəcək:
"Əslində, bu gözlənilən bir hal idi. Donald Trampın tətbiq etdiyi tarif siyasətinin uzun müddət davam edə bilməyəcəyi əvvəlcədən məlum idi. Çünki Çin hər il Amerikaya 600 milyard dollardan çox mal ixrac edir və belə bir vəziyyətdə bu cür tariflər uzunmüddətli iqtisadi baxımdan səmərəli hesab oluna bilməzdi. Tariflərin azaldılması və ya tamamilə aradan qaldırılması Amerika iqtisadiyyatının genişlənməsi və imkanlarının artmasına səbəb olacaq. Çünki qeyd etdiyim kimi, ABŞ xüsusilə texnologiya, texnika və innovasiyalar sahəsində Çindən çoxlu məhsul idxal edib. Bu baxımdan tariflərin aşağı salınması və ya ləğv edilməsi həm Çin, həm də ABŞ iqtisadiyyatı üçün faydalı olacaq".
Güllər Gülhüseynova