Papa Fransiskonun məzarı ictimaiyyətə açıldı

Tarix: 20:34 28.04.2025
88 yaşında vəfat edən Papa Fransiskonun Romada yerləşən Santa Maria Maggiore Bazilikasındakı məzarı ictimaiyyətin ziyarətinə açılıb.
Papalıq dövründə tanındığı adını daşıyan daş məzarın üzərində, tək bir projektor işığı ilə işıqlandırılan bir xaçın altında ağ bir gül yerləşdirilib. Santa Maria Maggiore Bazilikası İtaliyanın paytaxtı Romadakı ən böyük dörd bazilikadan biridir və Papa Fransiskonun ən çox ziyarət etdiyi kilsələr arasında yer alırdı. Papa Fransisko 21 aprel, bazar ertəsi günü vəfat edib və şənbə günü Vatikanda 250 min nəfərin iştirak etdiyi dəfn mərasimindən sonra burada dəfn olunub. Dəfn mərasimi az sayda şəxsin iştirakı ilə, ictimaiyyətə qapalı şəkildə keçirilib.
Mənbə: BBC News
Fatimə Heydərova