29 aprel 2025-ci ilin bürc proqnozu

Tarix: 01:00 29.04.2025
♈️ Qoç: Günün əvvəlində emosional olacaqsınız. Mühüm qərarları təxirə salın. Ev işləri və ailə məsələləri ön planda olacaq. Sevdiklərinizə anlayışla yanaşın.
♉ Buğa: Səhər saatlarında əsəbi ola bilərsiniz. Mübahisələrdən qaçmağa çalışın. Günün ikinci yarısı dostlarla vaxt keçirmək üçün münasibdir.
♊ Əkizlər: Gün ümumilikdə uğurlu olacaq. Tələsik qərarlar verməyin. Yaxınlarınıza dəstək olsanız münasibətləriniz daha da güclənəcək.
♋ Xərçəng: Ciddi işlərə başlamaq üçün uyğun gün deyil. Evdə rahatlıq yaratmaq və ailə ilə vaxt keçirmək üçün yaxşı gündür. Axşam alış-veriş və romantik anlar üçün əlverişlidir.
♌ Şir: Səhər iri planlardan qaçın. Ev və ailə məsələlərinə diqqət yetirin. Keçmişdən gələn dostlarla əlaqə qurmaq mümkündür.
♍ Qız: Məşğul bir gün sizi gözləyir. Kiçik detallara həddindən artıq fikir verməyin. Axşam sakit bir ortamda istirahət etmək daha yaxşıdır.
♎ Tərəzi: Bugün qeyri-müəyyən vəziyyətlər yaşaya bilərsiniz. Ehtiyatlı olun və maliyyə məsələlərində diqqətli davranın.
♏ Əqrəb : Ev işləri və ailə münasibətləri üçün yaxşı gündür. Uşaqlarla vaxt keçirmək və ailə böyüklərini ziyarət etmək tövsiyə olunur.
♐ Oxatan: İş yükünü artırmayın. Sevdiklərinizlə planlar qurmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün əlverişli vaxtdır.
♑ Oğlaq: Planlaşdırdığınız işləri rahatlıqla bitirə bilərsiniz. Axşama doğru yorğunluq hiss edə bilərsiniz, vacib işləri ertələyin.
♒️ Dolça: Ailə münasibətlərində anlaşmazlıqlar ola bilər. Səbirli və anlayışlı olun. Səfərlərdə gecikmələr ola bilər.
♓️ Balıqlar: Səhər dərs oxumaq və təhsil mövzuları üçün əlverişlidir. Uzun müddət təxirə saldığınız işləri görmək üçün yaxşı gündür. Axşam yeni tanışlıqlar mümkündür.