Amerikalıların 55%-i Trampın prezident kimi ilk 100 günündən narazıdır

Bölmə: Dünya › ,
Tarix: 21:56 28.04.2025

ABŞ-də keçirilən sorğunun nəticələrinə görə, iştirakçıların 55 faizi prezident Donald Trampın ilk 100 günündəki fəaliyyətindən razı deyil.

 

NBC News-un keçirdiyi sorğuda Trampın prezident kimi ilk 100 gününü tamamlamağa hazırlaşdığı zaman onun fəaliyyəti qiymətləndirilib.

 

19 min 682 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 55 faizi Trampın prezident kimi ilk 100 günündən razı qalmadığını, 45 faizi isə məmnun olduğunu bildirib.

 

Son zamanlar mübahisə doğuran tarif məsələsinə gəlincə, iştirakçıların 61 faizi Trampın bu məsələ ilə bağlı siyasətini bəyənmədiyini, 39 faizi isə “məmnun olduğunu” bildirib.

 

Trampın immiqrasiya siyasətindən razı olub-olmadığını soruşduqda iştirakçıların 51 faizi mənfi cavab verib, 49 faizi isə məmnun olduğunu bildirib.

 

ABŞ-nin “doğru yolda” olub-olmaması ilə bağlı suala sorğu iştirakçılarının 60 faizi “səhv yolda” olduğunu bildirib.

Hər 10 respondentdən 6-sı ABŞ-də İsrailin Qəzzaya hücumlarına etiraz edənlərin vizalarının ləğvi və deportasiyasının əleyhinədir.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli