Putin Ukraynada üç günlük atəşkəs elan edib

Tarix: 22:04 28.04.2025
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə üçün müvəqqəti atəşkəs elan edib. Kreml atəşkəs rejiminin mayın 8-i səhərindən 11 may tarixinə qədər davam edəcəyini bildirib.
Buna cavab olaraq Ukraynanın xarici işlər naziri Andrii Sybiha “ən azı 30 gün” davam edəcək dərhal atəşkəs əldə etməyə çağırıb. İki tərəf arasında atəşkəs əldə etməyə vasitəçilik edən ABŞ prezidenti Donald Tramp qalıcı atəşkəs görmək istədiyini söyləyib. Kreml Pasxa bayramı ilə bağlı oxşar, 30 saatlıq atəşkəs elan edib, lakin hər iki tərəf döyüşün azaldığını bildirsə də, bir-birini yüzlərlə pozuntuda ittiham edib. Ukraynada atəşkəs rejiminə 20 dəfədən çox cəhd edilib – onların hamısı nəticədə uğursuzluğa düçar olub. Ən sonuncu, Pasxa bayramı ilə əlaqədar, əhatə dairəsi çox məhdud idi və yalnız döyüşlərin bir qədər azalması ilə nəticələndi, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib. Bazar ertəsi verdiyi açıqlamada Kreml Putinin "humanitar mülahizələrə əsaslanaraq" atəşkəs elan etdiyini bildirib.
Mənbə: BBC news
Aysel Mirzəyeva