Qələbə günü ilə əlaqədar 72 saatlıq atəşkəs

Tarix: 22:11 28.04.2025
Vladimir Putin, bazar ertəsi mayın 8-dən 10-a qədər, İkinci Dünya Müharibəsindəki Qələbə Günü münasibətilə Ukraynada 72 saatlıq atəşkəs elan edib.
ABŞ, 3 ildir davam edən müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməyə çalışarkən, Kiyev dərhal və daha uzun müddətli bir atəşkəsin lazım olduğunu bildirib. Kremlin açıqlamasına görə, humanitar səbəblərlə edilən bu atəşkəs, 8 mayda başlayacaq və 10 mayda bitəcək. Bu tarixlər, Rusiya üçün ən böyük sekulyar bayram olan, 1945-ci ildə Faşizm üzərindəki zəfərin ildönümünə təsadüf edir. Atəşkəs 7 mayda saat 21:00-da başlayacaq və 10 mayda saat 21:00-da sona çatacaq. Ukrayna, ABŞ Prezidenti Donald Tramp-ın təklif etdiyi 30 günlük tam atəşkəsə əvvəlcə razı olsa da, Putin-in təklifini, sadəcə bir vitrin əməliyyatı olaraq qiymətləndirib. Ukrayna Xarici İşlər naziri Andriy Sibiha bildirib ki, Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. "Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşkəsi dayandırmalıdır. Biz ən azı 30 gün davam edən bir atəşkəs üçün hazırıq", deyə Sibiha bildirib. Putin əvvəllər Pasxa münasibətilə 30 saatlıq tək tərəfli atəşkəs elan edib, amma Ukrayna Rusiya hücumlarının davam etdiyini bildirib. Bundan başqa, ABŞ administrasiyasının vasitəçiliyi ilə Ukrayna və Rusiya, enerji infrastrukturuna hücumları 30 gün müddətində dayandırmaq üçün razılığa gəlib, amma bu razılaşmalar qarşılıqlı ittihamlarla pozulub. Atəşkəs təşəbbüsləri, 1,000 kilometrlik (600 mil) təmas xətti boyunca hər hansı bir mümkün dayandırma əməliyyatını izləməyin böyük çətinliklər olduğunu vurğulayıb.
Associated Press
Billurə Quliyeva