Xətai rayonunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Tarix: 16:29 29.04.2025
Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq.
“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.