İtaliya-Azərbaycan-Mədəni körpülər möhkəmlənir

Bölmə: Siyasət › ,
Tarix: 16:39 30.04.2025

İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirməyi planlaşdırır, bura təhsil təşəbbüsləri, sərgilər, italyan mədəniyyəti və turizminin təşviqinə yönəlmiş tədbirlər daxildir, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Ümumiyyətlə Avropa Birliyi dövləti olan İtaliya Azərbaycanla dostluq münasibətləri olan, iqtisadi əlaqələri olan bir dövlətdir:

 

"Avropa Birliyi dövləti olan İtaliya Azərbaycanla dostluq münasibətləri olan, iqtisadi əlaqələri olan bir dövlətdir. Sözsüz ki, Azərbaycanla İtaliya arasında siyasi münasibətlər yüksək səviyyədədir. İkitərəfli əməkdaşlıq daim inkişaf edir. Və İtaliya həmişə Azərbaycanın maraqlarını nəzərə alır. Təbii ki, mədəni əməkdaşlıq bu proseslərin daha da inkişaf etməsinə təkan verir".

 

Həmçinin o açıqlamasında bildirib:


"İtaliya Fransa və Almaniyadan fərqli olaraq başqa dövlətlərin maraqlarına zidd olaraq Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyi olmayan ölkədir. İtaliya dövlətinə Cənubi Qafqazda ən yaxın dost ölkələrdən biri Azərbaycandır və bu iki tərəfin maraqlarını nəzərə almaqla həyata keçirilir. Amma İtaliyanın Cənubi Qafqazda Fransa və Almaniya , bəzi Avropa dövlətləri kimi qərəzli mövqeyi yoxdur. Ona görə də maraqların təmin olunması prizmasından yanaşmaq lazımdır. Cənubi Qafqazd İtaliya Azərbaycanla iqtisadi mədəni, siyası mövcudluğu qoruyub saxlayır. Amma İtaliya Cənubi Qafqazda digər ölkələrə qarşı maraq göstərən bir ölkə deyil. İtaliya daim beynəlxalq münasibətlərdə və konfranslarda Azərbaycanın əleyhinə getməyib. Bu günə qədər də hər iki tərəf bu beynalxalq əlaqələrin pozulmaması üçün çalışıb. Bu proseslərin davam etməsi hər iki dövlətin arasında əlaqələrin inkişafına kömək edəcəkdir".

 

Qəmər Kazımzadə