Gözlərin sağlam qalması üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik?-Oftalmoloq AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 23:40 30.04.2025

Həm görmə funksiyası, həm də emosiyaların ifadəsi baxımından əvəzolunmaz rola malik olan gözlər gündəlik həyatımızda daim diqqət tələb edir. Müasir texnologiyanın sürətli inkişafı, ekran qarşısında keçirdiyimiz uzun saatlar və həyat tərzimiz göz sağlamlığını daha da önəmli bir mövzuya çevirib.

 

Mövzu ilə bağlı oftalmoloq Gülşən Mirzəxanlı “İnformator.az”a açıqlamsında bildirib ki, bizim həyat şəraitimiz, həyat tərzimiz gözlərimizdə yaranan refraktif qüsurların qarşısının alınmasında çox önəmlidir:

 


“İldən ilə refraktif qüsurların çoxalması texnologiyanın inkişafı ilə sıx əlaqəlidir. Bir saat ekran vaxtının artması televizor, telefon, planşet-bunların hamısı daxildir. Bu 21% miopiyanın artmasına səbəb olur. Araşdırmalara görə, havada gəzən uşaqlarla müqayisədə ev şəraitində olan uşaqlarda refraktif qüsurların yaranması daha çox artıb. Ona görə də havada daha çox vaxt keçirən uşaqlarda miopiyanın qarşısı alınır. Bundan 2 yaşına qədər uşaqlara ekran önü olmaz. Bu həm göz , həm də bütün təfəkkür inkişafına təsir edir. 2 yaşından 6 yaşına qədər olan uşaqlarda bütün ekran vaxtı 1 saatı keçməməlidir. 6 yaşından sonra isə 2 saatı keçməməlidir. Bunlar da fasilələrlə olmalıdır. Misal üçün gün ərzində 2 saat ekran vaxtı varsa , onun yarım saatı gündüz, yarım saatı günorta və ya axşam olmalıdır. Bu gözündə refraktif qüsuru olmayan uşaqlardan gedir. Lakin refraktif qüsuru varsa, bu saat daha da azalmalıdır. Bundan başqa , oxuyarkən otağın işıqlanmasına çox önəm verməliyik. İşıqlanma normal olan otaqlarda oxuduğumuz kitaba işığın soldan düşməsi, gözdə yaranan zəifliyin qarşısını alır. Hazırda çox böyük bir problem yaranıb. Xüsusilə də məktəblərdə bu problemlə bağlı heç kim müzakirə aparmır. Müəllimlər onlayn dərslər keçir və ya ev tapşırıqlarını onlayn verir. Hazırlıqlarda olan testlərin telefondan oxunması şagirdlərdə göz problemlərinin yaranmasına səbəb olur. Uşaq burda həm ekranın işığına məruz qalır. Həm də telefonda keçirdiyi zamanda ora gələn oyun reklamları uşaqları yayındırır.
Uşaq bir neçə saat dərslə məşğul olub, sonra gözlərin istirahət eləməsi üçün zaman ayırmalıdır. Lakin uşaq bu müddət ərzində telefona gələn oyunlara meyl edir. Buna görə də gözlərdə dincəlmə olmur. Nəticədə görmə daha da pis olur. Bundan başqa biz yuxumuza diqqət etməliyik. Vaxtında olan minimum 8 saat yuxu, göz nəmlənməsini normallaşdırır. Gündəlik olaraq qidalanmalarımıza da fikir verməliyik. Xüsusilə sarı rəngli qidalar gözümüzə çox faydalıdır. Kərə yağı, kök, naringi, portağal, qaragilə -bütün bunlar gözə çox faydalıdır. Hamısının düzgün şəkildə qəbul olunmasının gözlərimizə böyük faydası var. Ümumi qan analizlərinə diqqət olunmalıdır. Qan azlığı, vitamin D çatışmazlığı varsa, gözlərə təsir edəcək. Bütün qan göstəricilərini normaya salmağa çalışmalıyıq”.

 

Müsahibimiz qeyd edib ki, ən çox rast gəlinən göz problemləri miopiaydır:

 

“İldən ilə 1 saat ekran vaxtının armatsı 21 faiz miopyanın artmasına səbəb olur. Yaxıngörmə problemi yaranır. Uzağa da baxmaq lazımdır. Havada gəzmək həm də uzaqgörməni təkmilləşdirməkdir. Bu zaman miopiya inkişafının qarşısı alınır. Uzunmüddət dərs oxumaq da miopiyanın inkişafını artır. Yarım saat dərs oxuyuruqsa, 5 dəqiqə fasilədə uzaq bir nöqtəyə baxmamığımız məsləhətlidir. Astigmatizm də çox geniş yayılıb. Əgər valideyinlərin hər ikisində genetik olaraq astigmatizm və ya miopiya varsa, bu iki uşağın hər ikisinə keçir, və ya ikisindən birində varsa, uşaqlardan birinə keçir. Bundan əlavə , göz tənbəlliyi çox artıb. Əsasən isə göz tənbəlliyi- ambliopiya ildən ilə artmaqdadır. Bunun isə əsas səbəbi hazırda bəzi cərrahlar valideynlərin arxayın edərək 18 yaşında eksemer lazer əməliyyatı olub , tamamilə görmə düzələcək eynək taxmaqa ehtiyac yoxdur deyib , və nəticədə ambliopiyanın inkişafına səbəb olur. Bunun nəticəsində uşaq , valideyn arxayın olur ki , uşaq 18 yaşında əməliyyat olunacaq və eynəyini taxmayacaq. Ambliopiya inkişaf edir. Beyin göz əlaqəsi pozulur və beyin artıq zəif kimi qəbul edir. Artıq 18 yaşında da əməliyyat olunanda görməsi 100 faiz olmur. 40-50 faiz görür. Ona görə də vaxtı vaxtında müayinələr gəlmək ən azı ildə iki dəfə məsləhət görülür”.

 



Əminə Əliyeva