Yuxu iflici-dərin yuxu və hərəkətsizlik

Tarix: 21:02 01.05.2025
Yuxu iflici (və ya "yuxuda donma") insanın yuxudan oyanarkən və ya yuxuya gedərkən hərəkət edə bilməməsi halıdır. Bu vəziyyət bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və çox zaman qorxu hissi ilə müşayiət olunur.
Mövzu ilə bağlı nevroloq Sevinc Məmmədova "İnformator.az"a açıqlamasıda bildirib ki, yuxu iflici yuxu pozuntularına aid olub əsasən, yuxudan oyanma dövründə artıq bədənin hərərkət etdirə bilinməməsi ilə REM yuxu fazasında baş verir:
"İnsan oyanmasına rəğmən, bədəni sanki donub qalır, hərəkət etdirə bilmir. Bu da həmin insanlarda ciddi həyəcan, təşviş, qorxu ilə müşayiət olunur. Bunu çox zaman müxtəlif müayinələrlə təsbit etmək olur. Bu yuxu pozuntusunun bir sıra səbəbləri vardır. Əsasən yuxu pozuntuları, yuxu giyenasının pozulması, eyni zamanda stress və s. bu səbəblər arasındadır. Bu faktorların qarşısını almaq üçün stressə qarşı mübarizə aparmaq, müxtəlif meditasiyalar, psixoloqların dəstəyi, mütəxəsisə müraciət etmək, müyyən dərman pereparatlarından istifadə etmək lazımdır. Yuxu giyenasına diqqət etmək vacibdir. Yuxu gigiyenası dedikdə vaxtında yatmaq, yatan zaman yatağın rahat olması, otağın qaranlıq olması, səssizliyə riayət etmək nəzərdə tutulur. Bir çox hallarda yuxu iflici arxası üstə yatdıqda baş verir. Belə pasiyentlərə biz yanıüstə uzanmağı tövsiyə edirik. Bu qaydalara riayət edəriksə, bu riski minimala endirmiş olarıq. Lakin əlbəttə, burda genetik faktorun rolu da danılmazdır, maddə istifadəsi də bu pozuntunu tətikləyə bilər".
Billurə Quliyeva