Tramp Konqresdən rekord təhlükəsizlik büdcəsi istəyir

Tarix: 22:31 02.05.2025
ABŞ Prezidenti Donald Tramp Konqresdən oktyabrın 1-dən başlayacaq maliyyə ili üçün rekord 1.01 trilyon dollar məbləğində milli təhlükəsizlik büdcəsi tələb edəcək. Bu barədə "Bloomberg" agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat verib. Məlumata görə, ayrılan vəsaitin "Qızıl qübbə" raketdən müdafiə sisteminin təmin edilməsi, gəmiqayırma və nüvə enerjisi infrastrukturunun modernləşdirilməsinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, büdcədə ABŞ hərbi qulluqçularının maaşlarının 3.8% artırılması nəzərdə tutulur.
Mövzu ilə əlaqədar politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Tramp həmişəki ziddiyətlə ziddiyətli bəyanatlar və ya fərmanlar imzalayır.
"Donald Trampın konqresə müraciəti və ABŞ-nin 2026-cı il hərbi büdcəsinin rekord bir səviyyədə 1,1 trilyon dollar həcmində artırılmasının bir neçə səbəbi ola bilər. Bu faktiki olaraq, 2025-ci il büdcəsindən təqribən 13% artıb. 2025-ci il büdcəsi 890 milyard dollar idi, amma büdcə artımı ilə alaqədar 1,1 trilyon dollara qalxıb. Bu da ona görədir ki, birinci olaraq, Donald Tramp fərman imzalayaraq ABŞ hərbçilərinin mavaciblərini artırıb və böyük silahlı qüvvələrə, orduya malik ABŞ kimi nəhəng bir dövlətin təminatından asılıdır.Yəni,
2026-cı ildə konqresə keçiriləcək seçkilərə, respublikaçıların yenidən konqresin və yaxud senatın üstünlük təşkil etməsinə təsir edə biləcəkdir. Bildiyiniz kimi, Donald Trampın dönəmində ABŞ-nin NATO-ya yəni, Avropa
dövlətlərinə olan münasibəti dəyişib. Donald Tramp elə hesab edir ki, əgər doğrudan da ABŞ NATO-dan çəkiləcəksə, özü öz təhlükəsizliyini həll etməlidir. İkinci hal buna yönəldilə bilər. Üçüncü halda isə, ABŞ hər zaman bəyanat verir ki, Çini özünə rəqib kimi görür. Çin dövləti öz hərbi büdcəsini günü-gündən artırır və həm kosmik fəzada, həm dünyada bu hərbi gücünü artırmaqla məşğuldur. Yəqin ki, hərbi büdcədə artım olması Çini əhatə edən dövlətlərə yardımla əlaqədardır. ABŞ çalışacaq ki, bu və ya digər formada Çinin Tayvana müdaxilə etməsinin qarşısını ala bilsin və yaxud Çin ətrafında olan dövlətlərlə müttəfiqliyini daha da möhkəmləndirsin.
Bütün bunlar ,əlbəttə ki, Donald Trampın hakimiyyəti dövründə olacaqdır. ABŞ-də həmin büdcə milli təhlükəsizlik büdcəsi kimi təqdim olunur. Ümumiyyətlə, Donald Tramp həmişəki ziddiyətlə ziddiyyətli bəyanatlar və ya fərmanlar imzalıyır. Məsələn, inaqurasiyadan sonra prezidentlik fəaliyyətinə başlayan kimi belə bir bəyanat verib ki, milli təhlükəsizliyə 892 milyard dolların ayrılmasına çox ehtiyac yoxdur. Onu gələcəkdə məsələn, 2026-cı ilə 10% azaltmaq lazımdır. İndi əksinə, 13% artırır.
Bu, o deməkdir ki, Donald Trampın ABŞ-nin təhlükəsizliyi ilə əlaqədar başqa planları da mövcuddur. Bu, əlbəttə ki, 100 faiz Çinlə əlaqədardır və yaxud ABŞ-nin NATO-suz bir dövlətə çevrilməsi ilə əlaqədar ola bilər.