ABŞ-də USAID-in büdcəsi kəsiləcək

Bölmə: Dünya › ,
Tarix: 00:12 03.05.2025

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə ayrılan vəsaiti 2,46 milyard dollar azaltmağı təklif edir.

 

 

“İnformator.az” xəbər verir ki, bu, cümə günü Ağ Ev tərəfindən açıqlanan 2026-cı maliyyə ili (ölkədə 1 oktyabrda başlayır) üçün federal büdcə layihəsində nəzərdə tutulub.

 

 

Eyni zamanda, administrasiya digər ölkələrdə iqtisadiyyatın və inkişafın dəstəklənməsi proqramlarına vəsait ayırmamaqla 8,3 milyard dollar qənaət etməyi planlaşdırır. ABŞ hökuməti 3,2 milyard dolları fövqəladə hallarda beynəlxalq dəstək proqramlarının azaldılması, 6,2 milyard dolları səhiyyə və ailə planlaşdırma proqramlarının kəsilməsi, 1,6 milyard dolları isə digər ölkələrə ərzaq tədarükünü nəzərdə tutan proqramların ləğvi hesabına əldə etmək niyyətindədir.

 

 

Ümumilikdə xarici siyasət məqsədləri üçün xərclərin 9,6 milyard dollara qədər azaldılması təklif olunur ki, bu da cari maliyyə ili üçün büdcə layihəsi ilə müqayisədə 83,7% azalma deməkdir.