“Traktor” çempion!

Bölmə: İdman › ,
Tarix: 22:36 02.05.2025

Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.

 

"İnformator.az"  xəbər verir ki, turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.

 

Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Paralel keçirilən oyunda isə “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub - 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib.