“Rusiya və İsrail arasında əlaqələr bərpa olunur” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:06 07.05.2025

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya ilə İsrail arasında münasibətlər lap əvvəldən gərgin olmayıb:

 

“Heç vaxt bir-birinə qarşı aqressiv tutum sərgiləməyiblər. Bəzi amillər, xüsusilə İsrail ilə Fələstin arasında konfliktdə Rusiya Fələstinə müəyyən qədər sözdə olsa da, dəstək olduğunu bildirib. Orada Amerika amili də var. Biraz fərqli baxış bucaqları var. Qələbə günü münasibətilə Rusiyada keçiriləcək paradla bağlı Netanyahu ilə danışıqlar olub.Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətlər tədricən bərpa etməyə cəhd olunur. Artıq tərəflər arasında yenidən tez-tez əlaqələr olacaq. Amerika ilə Rusiya arasında müəyyən qədər əlaqələr yerinə düşəcək. Əməkdaşlıq həmişə mövcud olub və olacaq. İsraillə münasibətləri bərpa etmək Rusiyanın strateji və gələcək perspektivləri üçün önəmlidir. Hazırda beynəlxalq sistemdə güc sahiblərindən biri də İsraildir”.



Nuray Əliyeva