Nazir Uraloğlu-"Rəqəmsal platformaların məsuliyyətlərini artırmağı hədəfləyirik"

Tarix: 23:20 07.05.2025
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu TikTok-un Türkiyə və Levant Regional prezidenti Fatih Kafadarı qəbul edib.
Uraloğlu açıqlamasında:
"Rəqəmsal platformaların məsuliyyətlərini artırmağı hədəfləyirik",-deyib.
Uraloğlu iclası dəyərləndirərkən deyib:
"Gənclərimizin rəqəmsal dünyada daha təhlükəsiz, daha şüurlu və daha məhsuldar şəkildə iştirakını təmin etmək üçün platformaların məsuliyyətlərini və əməkdaşlıq sahələrini, xüsusilə sosial mediada yaş məhdudiyyətlərini hərtərəfli müzakirə etdik".
16 yaşdan kiçiklər üçün sosial media tənzimlənməsində Uraloğlu gənclərə ən çox təsir edən risklər arasında kiberzorakılıq, onlayn təcavüz və uyğunsuz məzmuna məruz qalmağın olduğuna diqqət çəkib və bunları qeyd edib:
“Bu, hamımızın ciddi qəbul etməli olduğu bir məsələdir və AKP Hökumətlər olaraq uşaqlarımızın və gənclərimizin rəqəmsal mediada təhlükəsizliyini təmin etmək bizim əsas prioritetlərimizdən biridir. Uşaqlarımızı və gənclərimizi rəqəmsal dünyanın risklərindən qorumaq və onlara şüurlu rəqəmsal vətəndaş kimi dəstək olmaq üçün işimizi əzmlə davam etdiririk”.
Sosial media istifadəsində yaş məhdudiyyəti ilə bağlı mərhələli tənzimləmə üzərində çalışdıqlarını ifadə edən nazir Uraloğlu deyib:
"13 yaşa qədər uşaqlar və 13-16 yaş qrupu üçün ayrı qaydalar planlaşdırırıq. Bu araşdırmalarla zərərli məzmuna qarşı daha güclü bir mühit yaratmağı hədəfləyirik. Biz mexanizmlər yaratmağı və rəqəmsal platformaların məsuliyyətlərini artırmağı hədəfləyirik".
Mənbə: TRT HABER
Səmayə Səftərova