Şimali Koreyadan Yaponiyaya hücum-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 14:31 14.05.2025

Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Onların qısamənzilli olduğu güman edilir.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Turan Rzayev bildirir ki, uzaq şərq regionunda əsas gərginlik yaradan ölkə Şimali Koreyadır:

 

“Şimali Koreya tez-tez ballistik roketlərdən istifadə edir və bunun testlərini keçirir. Bu ilk hadisə deyil, son da olmayacaq. Mövcud rejim qatı totalitar sisteme sahibdir. Ona görə də, həm daxildə həm də xaricdə bir qorxu hegomoniyasi yaradır. Bunun da nəticəsi olaraq, belə real-praktik addımlar kimi ballistik roketlərdən istifadə olunur. Mənim zənnimcə, Ş.Koreya hazırda hər hansısa bir ölkə ilə müharibə etməyəcək. Ümumiyyətlə, bu ölkə hər hansısa bir ölkəyə hücum edəcək potensialda deyil. Sözsüz ki, kifayət qədər təhlükəli ölkədir. Lakin kimisə bombalamaq fikri yoxdur. Sadəcə Amerika və onun Uzaq Şərqdəki müttəfiqlərini qorxutmaq istəyir. Əlbəttə ki, BMT Təhlükəsiz şurasının məsələ ilə bağlı müvafiq qətnaməsi var və 1-dən çoxdur. Yəni, ballistik roketlərin dinc dövrdə istifadəsi və sınaqdan keçirilməsi, artırılması kütləvi istehsal kimi məsələlər beynəlxalq hüquqa ziddir. Çünki, belə məsələlər dünya sülhünə təhlükədir. Belə olan təqdirdə də qanunsuz olduğunu deyə bilərik”.

 

Həmçinin o qeyd edib ki, beynəlxalq güclər bu məsələ ilə bağlı bir mənalı düşünmür:

 

“Şimali Koreyanın yaxın əməkdaşlıq etdiyi ölkələrdən biri Rusiya, biri də Çindir. Hər biri BMT-nin 5 daimi üzvündən biridir və “veto” hüquqları var. Ş.Koreya Ukrayna müharibə konteksində 10.000 hərbiçini Rusiya dəstək üçün göndərdi. Rusiya da həmin hərbiçilərə bu yaxınlarda təşəkkür etdi. Yəni, bu məsələ Rusiyanın Ş.Koreyaya nəsə deyəcəyini düşünmürəm. Həmçinin Çin də eyni qayda da. Amma ki ABŞ və digər qərb ölkələri, sözsüz ki, onlar uzun illərdir ki, bu məsələ ilə bağlı Ş.Koreya rəhbərliyini açıq hədəliyib, təhdid edirlər. Bu proses hələ də davam etməkdədir”.

 

Aysel Mirzəyeva