Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqe qəbuledilməzdir -Starmer

Tarix: 23:57 16.05.2025
Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London Ukrayna nizamlanması ilə bağlı Rusiyanın mövqeyi ilə razılaşa bilməz.
“İnformator.az” xarici agentliklərə istinadən xəbər verir ki, Starmer Tiranada Avropa Siyasi Birliyinin sammiti zamanı deyib: "Biz indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdük, sonra isə bugünkü danışıqların gedişatını müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla telefon danışığı etdik.
Rusiyanın mövqeyi isə açıq şəkildə qəbuledilməzdir. Prezident Zelenski ilə görüşümdən sonra, prezident Trampla apardığım müzakirələrdən sonra biz indi cavabımızı uzlaşdırır və sıx koordinasiya edirik. Bunu davam etdirəcəyik".
Starmer əlavə edib ki, o, Fransa, Almaniya və Polşa liderləri Trampa Ukrayna məsələsində məsləhətlər veriblər.
Fransa prezidenti Emmanuel Makron da bu gün Qərbin Ukraynada atəşkəslə bağlı yeni çağırışına Rusiyanın cavab vermədiyini deyib və bunu qəbuledilməz adlandırıb.