Rusiya yeni şərtlər irəli sürüb

Bölmə: Dünya › ,
Tarix: 00:32 17.05.2025

 

Ukrayna-Rusiya danışıqlarında vəziyyət yenidən gərginləşib.

 

“İnformator.az” xəbər verir ki, Ukraynanın diplomatik mənbələri Rusiyanın son təqdim etdiyi təkliflərin əvvəlki müzakirə çərçivələrindən kənara çıxdığını və real vəziyyətlə uyğun gəlmədiyini bildiriblər.

Mənbələr qeyd ediblər ki, Moskvanın gündəmə gətirdiyi yeni şərtlər əvvəlki danışıqlarda razılaşdırılan mövzulardan kəskin şəkildə fərqlənir və rəsmi Kiyev üçün tamamilə qəbuledilməzdir.

 

Ukrayna tərəfi bu yanaşmanın danışıqlarda irəliləyişə deyil, əksinə, prosesi daha da çətinləşdirməyə xidmət etdiyini vurğulayıb.