Sükutun Psixologiyası: İnsanlar Niyə Səssizliyə Dözümsüzlük Göstərir?

Bölmə: Sosial › ,
Tarix: 22:52 16.05.2025

Gündəlik ünsiyyətlərdə yaranan ani səssizliklər və ya uzunmüddətli təcrid hissi bəzi insanlarda psixoloji gərginlik yaradır

 

Bu mövzu ilə bağlı psixoloq Fatimə Hacıyeva "İnformator.az"a açıqlamasında bildirib ki, sükut çox vaxt rahatlıqla assosiasiya edilsə də, bir çox insan üçün bu vəziyyət narahatlıq yarada bilər:

 

“Ümumiyyətlə, belədir ki, hər şeyin anidən səssizləşməsi, elə bir fırtınanın yaxınlaşmasının əlaməti kimi qəbul edilir. Gündəlik həyatda tez-tez rastlaşdığımız bu hal bizim ‘sükutun psixologiyası’ adlandırdığımız bir fenomendir. Anidən hər şeyin sakitləşməsi bəzi insanlar üçün sakitləşdirici, digərləri üçün isə depressiyaya səbəb ola bilən bir vəziyyətdir. Uzun səssizlik anlarında insanlarda depressiyaya meyillilik arta bilər və ya beyin fəaliyyətində müəyyən siqnalların olmaması təhlükəsi kimi qiymətləndirilə bilər. Bu zaman insan heç nəyə reaksiya verə bilmir ki, bu da anksiyetenin əlaməti ola bilər. Belə anlarda insan donma vəziyyətinə keçə, keçmişi düşünə, gələcəklə bağlı planlar qurmağa çalışa bilər. Bəzən isə həmin anda özünə tənqidi yanaşaraq etdiyi səhvləri xatırlayır və psixoloji boşluğa düşür. Bu da insanlarda qorxu, təhlükə və boşluq hisslərinin yaranmasına səbəb olur. Ümumilikdə, insanın səbəbsiz sakitləşməsi bəzən daxili fırtınaların sönməsi, daxili qəbulun başlanması anlamına gələ bilər".

 

Psixoloq əlavə edib ki, müxtəlif mədəniyyətlərdə səssizliyə münasibət psixoloji fərqliliklər yaradır:

 

“Məsələn, Şərq mədəniyyətində – xüsusilə Konfutsi təliminə əsasən – səssizlik hörmət, düşüncəlilik və müdriklik əlaməti sayılır. Yaponiya, Çin və Hindistanda sakitlik ruhun qidası kimi qəbul edilir. Qərb mədəniyyətində isə uzunmüddətli səssizlik çox vaxt narahatlıq əlaməti kimi dəyərləndirilir və insanın depressiyaya düşməsi ilə əlaqələndirilir. Bu fərqliliklər ədəbiyyat, musiqi, kino kimi sahələrdə də özünü göstərir. Əslində, bu fərqlər insanın temperamentindən, irsi və mədəni quruluşundan asılı olaraq dəyişir. Əsas məsələ budur ki, biz səssizlikdən özümüz üçün dərs çıxara, onu ruhumuzun qidasına çevirə bilirikmi? Buna diqqət yetirməliyik".

 

Nigar Həsənzadə



Bölmədən digər xəbərlər
BAMF-ın baş ofisində növbəti təlim keçirilib – BMT-də təmsilçilik
Sosialmedia.az xəbər verir ki, İyulun 8-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin növbəti – 2ci təlim sessiyası keçirilib.