Matçlara şəxsiyyət vəsiqəsi ilə də daxil olmaq mümkün olacaq

Tarix: 16:34 09.07.2025
"Türkiye Futbol Federasyonu" ("TFF"), "Trendyol Süper Lig" və "Trendyol 1. Lig" matçlarına T.C. şəxsiyyət vəsiqəsi ilə də daxil olmağın mümkün olacağını açıqlayıb.
"TFF" -nin verilən açıqlamada, "Süper Lig" və "1. Lig"də 2014-cü ilin aprel ayından bu yana tətbiq olunan bilet sistemi və oyunlara giriş proseslərində yeni dövrə keçildiyi bildirilib.
Azarkeşlərin stadionlara girişini asanlaşdırmaq məqsədilə atılan addımlar qeyd edilərək bildirilib:
"‘TFF’nin stadionlarda istifadə olunan elektron bilet sistemlərini müasir texnologiyaya uyğun şəkildə yeniləməsi nəticəsində, 2025–2026 mövsümündən etibarən azarkeşlər öz çiplə təchiz olunanT.C. şəxsiyyət vəsiqələrinə elektron bilet yüklədikdən sonra stadionlara giriş edə biləcəklər".
Qəbul edilən qərarla birlikdə, klubların müqavilə bağladıqları bilet satış şirkətləri ilə birgə bilet satışı və stadionlara giriş qaydalarını müəyyən etmə hüququna sahib olacağı da bildirilib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə