İtaliya Ukraynaya 400 zirehli transportyor verir

Tarix: 16:23 18.05.2025
İtaliya Ukraynaya yeni 11-ci hərbi yardım paketi hazırlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “İl Giornale” nəşri məlumat yayıb.
Yardımda Ukraynaya 400 ədəd M-113 zirehli transportyorunun verilməsi nəzərdə tutulur.
Paket həmçinin kəşfiyyat əməliyyatlarını planlaşdırmağa kömək edəcək peyk müşahidə sistemini də əhatə edəcək.