Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb

Bölmə: Sosial › ,
Tarix: 16:52 18.05.2025

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.

 

BANM-dən "İnformator.az"a bildirilib ki, tədbirin ilk hissəsində rektor Elmar Qasımov SOCAR rəhbərliyinin dəstəyi ilə tələbələr üçün yüksək səviyyəli təhsil və inkişaf imkanlarının yaradıldığını vurğulayıb, abituriyentlərin və valideynlərin suallarını cavablandırıb.

 

Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli tədbir iştirakçılarına BANM-in tədris prosesi haqqında ətraflı məlumat verib.

 

 

Kampus turunda isə İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları haqqında məlumat sessiyaları keçirilib.