Bakıda leysan olacaq

Tarix: 10:29 19.05.2025
Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
“İnformator.az” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.