Monitorinq nəticələri şagirdlərin sinifdən sinfə keçməsinə təsir göstərəcək?

Bölmə: Sosial › ,
Tarix: 16:46 19.05.2025

Müasir təhsil sistemində keyfiyyətin ölçülməsi və inkişaf istiqamətlərinin müəyyən olunması üçün müxtəlif qiymətləndirmə vasitələrindən istifadə olunur. Bu vasitələrdən biri də monitorinqlərdir.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a açıqlamasında bildirib ki, dördüncü sinifdə keçirilən monitorinq imtahanlarının məqsədi şagirdləri sinifdə saxlamaq deyil, birbaşa onların ibtidai sinifdə əldə etdikləri bilik və bacarıqların qiyməyləndirilməsidir:

 

"Əlbəttə, monitorinqin nəticələrini Elm və Təsil Nazirliyi araşdırır. Monitorinqin nəticəsinə əsasən şagirdin sinifdə qalması doğru deyil. Uşaqlara bu yaşda, ibtidai təhsil pilləsində hər hansı bir mənəvi zərbə vurmaq düzgün deyil. Şagirdlərə motivasiya verilməlidir ki, onlar daha da həvəsli olsunlar. İstər IV, istərsə də VI siniflər üçün keçirilən monitorinq imtahanları əhəmiyyətlidir. Qaldı ki, fərqli ölkələrdə bu və ya buna bənzər yoxlama-ölçmə proseslərinə, bəli mövcuddur. Bir sıra ölkə bu formatda imtahanlar götürərək mövcud vəziyyəti təhlil edir və gələcək üçün veriləcək qərarlarda bu təhlillərə söykənir".


Fatimə Heydərova