Azərbaycan sürücüsüz avtomobillərə hazırdırmı?-ekspert AÇIQLAYIR…

Tarix: 20:56 19.05.2025
Sürücüsüz avtomobillər artıq dünyanın bir çox ölkəsində sınaqdan keçir və xidmətə qoşulur. Texnologiya sürücülük anlayışını yenidən yazmaqla yanaşı, hüquqi məkan, infrastruktur və təhlükəsizlik baxımından da saysız sual doğurur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, sürücüsüz avtomobillər cəlbedici görsənir:
“İnsanlar müsbət qarşılaya bilər. Amma bunun bir neçə mənfi cəhətlərini də unutmamalıyıq. Xüsusən sükanı sağda olan nəqliyyat vasitələri bu və digər formada nəqliyyat vasitələrinin texnologiyaların tətbiqində ara məsafələrin tam dəqiq seçilməsi zamanı daha çox ərazinin tətbiq edilməsi, infrastruktur baxımından şəhərimiz ona hazır deyil. Daha çox az əhalisi olan və innovativ cəhətdən yüksək texnologiyaların tətbiq edildiyi mərkəz və paytaxt şəhərlərdə əlverişli ola bilər. Bu cəhətdən Azərbaycanda real görünümür. Azərbaycan üçün bunun prespektivi bir neçə il əlçatan olmayacaq.
Nəqliyyat vasitələrinin əlçatan və alıcılıq qabiliyyətində fərqin olmasıdır. Bunlar qarşılıqlı əlaqədədir. Özünəməxsus fundamental, hüquqi həlli olmalıdır. Əks halda bu məsələlər özünü doğrultmayacaq”.
Əminə Əliyeva