Art terapiya-Yaradıcı müalicə üsulu

Bölmə: Sosial › ,
Tarix: 22:33 19.05.2025

Art terapiya, insanın yaradıcılıq potensialını istifadə edərək emosional, zehni və psixoloji vəziyyətini araşdırmağa və yaxşılaşdırmağa yönələn bir müalicə metodudur.

 

Mövzu ilə bağlı klinik-psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, biz insan olaraq dünyaya gəlirik və balansda ömrümüzü davam etdirmək üçün, balanslı yaşamaq üçün həm emosional, həm də məntiqi hissələrimizi qaydada saxlamaq məcburiyyətindəyik:

 

"Çünki biz düşünürük ki, yaşadığmız həyat boyu bizə məntiqi cəhətdən söykənəcəyimiz hissəmiz daha vacibdir və oranı inkişaf etdirməyə çalışırıq. Emosiyalarımızı inkişaf etdirmək bizim cəmiyyətimizdə o qədər də əhəmiyyət daşımır. Son zamanlar isə insanlarda yaranan sıxıntılar, ruh düşkünlüyü, ruhun aclığı, gözləntilər, ehtiyaclar və psixoloqların aktiv fəaliyyəti insanlarda emosional hissəyə baxmağa, beynin sağ yarımkürəsinim idarəçiliyi altında olan hissəyə baxmağa sövq etdi. Art terapiaya psixologiyanın bir texnikaların məcmusu olan metoddur. Emosional dünyamızı, ruhumuzu zənginləşdirir. Əlbəttə, art terapiya təkcə ruhun zənginliyi deyil, burada mexaniki və fiziki baş verən hərəkətlər belə, bizi insan olduğumuzu bizə xatırladır. Olduğumuz mövqenin koordinantları bizim üçün daha da əlverişli və səmərəli edir. Art terapiya musiqi terapiyası, rəsm çəkmək, neyroqrafika, rənglər, sxemlər, müəyyən pazlların yığılması və s. insanın ruhunu tamlığa və bütövlüyə aparan texnikalardır. Temperamnentimizdən yola çıxaraq, art terapiyanın müxtəlif istiqamətləri bizə müxtəlif cür təsir göstərir. Burada əsas məsələ öz fərdiliyimizi önəmli hesab edərək yola çıxmaqdır. Yəni, rəsm çəkmək, rəngləri duymaq və bunları qarışdırmaq, ayırd etmək bacarığı hamımıza aid deyil. Bunun üçün xüsusi səriştə, bacarıq, fitri istedada malik olub ordan yola çıxılarsa, ruhumuzu qidalandıra bilirik. Əks halda bu sadəcə bizim üçün bir məşğələyə çevirilir. Seanslar boyunca art terapiyadan hər dəfə istifadə olunmur. Daha çox yaradıcı təfəkkürünün ehtiyaclarının ödənilməmiş insanlarda bu paralel metod kimi istifadə oluna bilər. Art terapiyanı daha çox qrup şəklində etmək daha məqsədyönlüdür və daha effektivdir".


Billurə Quliyeva