Jurnalist Mənsur Ələkbərov vəfat edib

Bölmə: Hadisə › ,
Tarix: 11:06 20.05.2025

"Təbib" qəzetinin məsul katibi, şair, jurnalist Mənsur Ələkbərov vəfat edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Tibb Universitetindən məlumat verilib.

 

Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub.

 

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb. 1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.

 

Allah rəhmət eləsin!