Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin yoxlanması ilə bağlı müraciət edilib

Tarix: 10:43 04.07.2025
"Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların yoxlanılması tələbi ilə müraciət göndərib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat verir.
"Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm", - müraciətdə deyilir.
S.Mironov xüsusilə "Sadovod" və "Fud Siti" ticarət komplekslərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanılmasının zəruriliyini qeyd edib.