Fransa departamenti genişmiqyaslı kiberhücuma məruz qalıb

Bölmə: Hadisə › ,
Tarix: 17:45 20.05.2025

Fransanın şimalındakı O-de-Frans departamentinin inzibati orqanlarının işi genişmiqyaslı kiberhücum səbəbindən pozulub.

 

"İnformator.az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə departamentin prefekturasının mətbuat xidməti məlumat yayıb.

 

"Departament genişmiqyaslı kiberhücuma məruz qalıb. Bütün informasiya sistemləri və adi rabitə vasitələri qeyri-müəyyən müddətə deaktiv edilib", - məlumatda bildirilib.

 

“La Tribune” qəzetinə bildirilib ki, hazırda məlumatların qorunması və zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.