UEFA Macarıstan Futbol Federasiyasını cərimələyib

Tarix: 17:48 20.05.2025
UEFA Macarıstan Futbol Federasiyasını cərimələyib.
"İnformator.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna macarıstanlı azarkeşlərinin Türkiyənin Dövlət Himnini fitə basması səbəb olub.
Millətlər Liqasının pley-off matçında səfərdə Macarıstan yığmasına 3 cavabsız qolla qalib gələn "ay-ulduzlular"a qarşı hörmətsizlik UEFA-nın diqqətindən yayınmayıb və meydan sahibləri 10 min avro ziyana düşüb.
Bundan başqa, qarşılaşma zamanı meydana kənar əşyalar atılmasına və atəşfəşanlığa görə də Macarıstan Futbol Federasiyası əlavə olaraq 62 min 500 avro cərimə ilə üzləşib.