Ərinin boğub Kürə atdığı Nuranənin 16 yaşı var imiş

Bölmə: Sosial › ,
Tarix: 20:43 20.05.2025

 

Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.

 

"İnformator.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən "Oxu.Az"ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Hazırda istintaq davam edir.