Yasamalda avtobusun şüşəsini sındıran saxlanılıb

Tarix: 22:20 20.05.2025
Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “İnformator.az"a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdiriir.