Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 00:43 21.05.2025
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İnformator.az” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili orta yaşlı kişini vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.