35 yaşlı qapıçı daha iki il -"Barselona" da

Tarix: 14:52 05.07.2025
"Barselona" 35 yaşlı polşalı qapıçı Voyçex Şesni ilə ikiillik yeni müqavilə imzalayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə ESPN agentliyi məlumat yayıb.
Qeyd edək ki, Voyçex Şesni 2024-cü ildə karyerasını başa vurduğunu elan etsə də, səkkiz ay sonra yenidən yaşıl meydanlara qayıdıb. O, cari mövsüm "Barselona" klubu ilə üç titul qazanıb. Belə ki, təcrübəli qolkiper İspaniya La Liqasının, İspaniya Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.