Şadlıq sarayında toy zamanı yanğın olub

Tarix: 11:23 21.05.2025
Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.
“İnformator.az" Manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.
Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirdi.