Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq

Tarix: 10:23 23.05.2025
Qarabağdan Ermənistana qaçan separatçıların qalıqları əvvəllər Paşinyan hakimiyyəti tərəfindən hücumlara məruz qalsa da, son dövrlər bu təzyiqlərin səngidiyi müşahidə edilir. Hətta İrəvandakı qondarma “artsax nümayəndəliyi” fəaliyyətinə hələ də davam edir, separatçılar da əsas toplantılarını orada keçirirlər.
"İnformator.az" Publika.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri Ermənistan hakimiyyətinin separatçılara loyal münasibətinin səbəblərini öyrənib.
Nəşr yazır ki, hakimiyyət əvvəllər “dövlət içində dövlətin olmasına” dözməyəcəyini desə də, son aylar qeyri-aidi dərəcədə loyallıq nümayiş etdirir.
“Hakimiyyət (qondarma) prezident və parlament institutlarını qoruyub saxlamağa imkan verən (qondarma) konstitusiya dəyişikliyində də, Samvel Şahramanyanın qondarma “artsaxın” buraxılması qərarını dəyişəndə də reaksiya vermir. Mənbələrimiz bildirir ki, Ermənistan hakimiyyətinin bu loyallığı Rusiyadan aldıqları xəbərdarlıqla bağlıdır. Məlumata görə, Rusiya Ermənistan hakimiyyətindən (qondarma) “artsax” qurumlarının ən azı formal olaraq saxlanılması, ümumiliyyətlə, “artsax” məsələsinin tamamilə bağlanmamasını istəyib”, - nəşr iddia edir.