Samir Nuriyev: Prezident İlham Əliyev azad edilmiş ərazilərdə 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib

Bölmə: Siyasət › ,
Tarix: 19:06 23.05.2025

Azərbaycan Prezidenti İlham Əliyev beş il ərzində azad edilmiş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.


"İnformator.az" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin mayın 23-də qurumun Ağdam şəhərində keçirilən iclasında məlumat verib.