Şəmkirdə yanğın olub, bir nəfər xəsarət alıb

Bölmə: Hadisə › ,
Tarix: 10:54 23.05.2025

Şəmkir rayonunun Yeniabad kəndində yanğın olub.

 

"İnformator.az " FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.