Seçki vədlərindən biri idi!

Bölmə: Dünya › ,
Tarix: 17:48 23.05.2025

 

ABŞ-də Prezident Donald Trampın seçki vədlərindən birinə məhkəmə maneəsi gəlib. Federal hakim Trampın Təhsil Nazirliyini bağlamaqla bağlı qərarını dayandıraraq, oradan çıxarılan şəxslərin yenidən işə bərpa olunmasına hökm edib.

 

Hakim Joun Trampın Təhsil Nazirliyini bağlamaqla bağlı fərmanının icrasını dayandıraraq, nazirliyin bağlanması prosesini ləğv edib. Həmçinin bu proses zamanı işdən çıxarılan təxminən 1300 nazirlik əməkdaşının vəzifələrinə qayıtmasına qərar verib.

 

Hakim qərarında Tramp administrasiyasının təkbaşına nazirliyi bağlama səlahiyyətinə malik olmadığını hüquqi baxımdan əsaslandırıb. Ağ Ev hələlik bu qərarla bağlı açıqlama verməyib, lakin Tramp administrasiyasının qərarı apellyasiyaya verməsi gözlənilir.

 

ABŞ Prezidenti Tramp 20 martda imzaladığı fərmanla Təhsil Nazirliyinin bağlanma prosesinə start verdiyini elan etmiş və təhsil sisteminin tamamilə ştatların ixtiyarına veriləcəyini bildirib.

 

Haberler.com

Aygün Babayeva