İran-ABŞ danışıqlarının beşinci raundu başa çatdı

Bölmə: Dünya › ,
Tarix: 19:31 23.05.2025

Romada İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların beşinci raundu başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

 

Məlumata görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçı, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.

 

Danışıqlar Omanın Romadakı səfirinin iqamətgahında aparılır.

 
***


İran və ABŞ arasında danışıqların beşinci raundu başa çatıb.


Bu barədə "Axios" nəşri məlumat yayıb.